ABŞ 2017-ci ildə ölkəyə qəbul edəcəyi miqrantların sayını 30% artıraraq 110 min nəfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qəzetin iddiasına görə, gələn il ölkəyə qəbul ediləcək qaçqınların 40 min nəfəri Yaxın Şərq və Cənub-Şərqi Asiya vətəndaşları olacaq.
Qeyd edək ki, gələn il miqrant qəbulu ilə bağlı göstərici 2015-ci illə müqayisədə 60% çoxdur. 2015-ci ildə ABŞ 70 min miqrant qəbul edib.
Cia.az
