Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukrayna ilə əməkdaşlıq proqramının uzadılması və maliyyə yardımının ayrılması barədə sənədi təsdiqləyib.
APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Tvitter” səhifəsində Ukrayna prezidenti Pyotr Poroşenko yazıb.
“Bu dəqiqələrdə Beynəlxalq Valyuta Fondu Ukrayna ilə əməkdaşlıq proqramının uzadılması və maliyyə yardımının ayrılmasına qərar verdi”, - P.Poroşenko vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk rəsmi Kiyevə Beynəlxalq Valyuta Fondu tərəfindən 1 milyard dolların ayrılacağını bəyan etmişdi.
