|
Venesuela həbsxanasında partlayış baş verib, 22 nəfər yaralanıb
Çərşənbə günü Venesuelanın mərkəzi hissəsində yerləşən Quariko ştatının həbsxanasında qumbaranın partlaması nəticəsində ən azı 22 nəfər yaralanıb.
 
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
Bildirilir ki, "Los-Pinos" islah müəssisəsi dustaqlarından biri ona məxsus olan döyüş sursatını təsadüfən işə salıb. Bütün yaralılara tibbi yardım göstərilib. "El Universal" qəzeti hadisənin Franklin ləqəbli kriminal avtoritetin ad gününə hazırlıq zamanı qeydə alınıb.

Cia.az