"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk matçında qarşılaşacağı "Slovan"la matçın hazırlıqlarını tamamlayıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağdam klubu "Azərsun Arena"nın köməkçi meydançasında son məşqinə çıxıb.
Saat 18:30-da başlayan son hazırlıq təxminən 1 saat davam edib.
