Futzal üzrə dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gecə Azərbaycan millisi mundialda ikinci görüşünə çıxacaq. Yığmamız son Avropa çempionu İspaniya ilə üz-üzə gələcək.
Qrupumuzdakı digər oyunda isə İran və Mərakeş yığmaları qarşılaşacaq.
Xatırladaq ki, ilk turda millimiz Mərakeşi 5:0, İspaniya isə İranı 5:1 hesabı ilə məğlub edib.
Dünya çempionatı, qrup mərhələsi
II tur
15 sentyabr
03:00 Azərbaycan - İspaniya
Hakimlər: Alessandro Malfer (İtaliya), Ondrej Çernı (Çexiya), Paskal Lemal (Belçika)
“Coliseo Ivan de Bedout”