|
“Qarabağ” “Slovan”a qarşı

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilir. 

Qol.az-ın məlumatına görə, 2016/17 mövsümündə qrup mərhələsinin ilk görüşü Bakıda keçiriləcək. 
“Qarabağ” Çexiyanın “Slovan” klubunu sınağa çəkəcək. Ağdam klubu ardıcıl üçüncü dəfə Avroliqanın qrup mərhələsində yarışır. 
İlk 2 halda qrupda qalan Qurban Qurbanovun komandası bu dəfə növbəti mərhələni hədəfləyir. Bu səbəbdən də “Qarabağ” “Slovan”la görüşdə qələbə qazanmaq əzmindədir.
15 sentyabr

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur
19:00. “Qarabağ” (Azərbaycan) - “Slovan” (Çexiya)
Hakimlər: 
Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)
Hakim-İnspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
"Dalğa Arena"