|
Bacılar: “Ümid edirik əcəli ilə ölər” -

Türkiyənin İnstaqram və Tvitter fenomenləri Esra və Ceyda bacıları Qurban bayramında kəsmək üçün qoyun alıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Cicişlər” ləqəbi ilə tanınan bacılar, bayram günü qərarlarını dəyişərək “Nazlı” adını verdikləri qoyunu buraxıblar.

Bacılar sosial mediada status yazaraq qoyunu niyə kəsdirmədiklərini belə izah ediblər:

“Çox şirin baxırdılar. Onu kəsməyi vicdanımız qəbul etmədi və biz də azad etdk. Ümid edirik ömrü uzun olar və əcəli ilə ölər”.

Qeyd edək ki, Esra və Ceyda bacıları bir neçə gün öncə qurbanlıq qoyunu özləri ilə birlikdə Çeşməyə tətilə aparmışdılar.