Bu gün Azərbaycanda dərs ilinin ilk günüdür.
Cia.az xəbər verir ki, bu il ölkə üzrə 164 min 33 şagird I sinfə gedəcək.
Dərslər 1 milyon 415 min 242 şagirdin təhsil alacağı 4472 ümumi təhsil müəssisəsində keçiriləcək.
Şagirdlər üçün 261 adda 6 milyon 623 min 135 nüsxə yeni dərslik və müəllimlər üçün metodik vəsait çap olunub.
Bu gün, həm də tələbə adını qazanan 34 min 771 nəfərin ilk dərs günüdür.
Cia.az
