|
“Tekfen İnşaat” TANAP-da dünya rekordu vurdu

Türkiyənin “Tekfen İnşaat” şirkəti TANAP kəmərinin tikintisi zamanı dünya rekordu vurub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şirkət kəmərin 2 min metrlik hissəsini cəmi 14 saatda qaynaq edib.

Şirkətdən yayılan açıqlamada deyilir ki, “Tekfen İnşaat” kəmərdə avtomatik qaynaq işlərinin həcminə görə bu vaxta qədər əldə edilmiş bütün göstəriciləri qabaqlayıb. TANAP-ın tikintisinin 2018-ci ildə tamamlanması gözlənilir.

Kəmərlə ildə 16 milyard kubmetr Azərbaycan qazı Türkiyəyə nəql olunacaq.

Onun 10 milyard kubmetri TAP kəməri ilə Avropaya ötürüləcək.