|
Ərdoğan: 'Onları tökdükləri qanda boğacağıq'
Terrora dəstək verən bələdiyyə sədrlərini vəzifədən kənarlaşdıracağıq.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
“79 milyon tək millət. Qardaşlarımızla bunu həyata keçirəcəyik. Bu bayram günündə Vanda 1000 kilo bombanı partladan şəxsləri gec-tez öz tökdükləri qanda boğacağıq. Pensilvaniya, yaxud başqa yerə qaçmağından asılı olmayaraq biz onlara qovalayacağıq. Haraya qaçmağından asılı olmayaraq”, - Ərdoğan bildirib.