|
Sarkisyan müxalifətin bütün tələblərini yerinə yetirdi
Sentyabrın 13-də Ermənistan parlamentində hökuməti və müxalifəti təmsil edən bir sıra siyasi qüvvələr ölkədə seçkilərin təşkili və keçirilməsi üzrə saziş imzalayıblar.
 
Virtualaz.org bildiririk, bu barədə RİA Novosti məlumat yayıb.
 
Sazişə müxalifətin bütün tələbləri, o cümlədən seçkilərdə iştirak edən seçicilərin siyahısının dərc olunması, eləcə də səslərin sayılması prosesinin videoya çəkilməsi daxildir.
 
Saziş Ermənistan parlamentindəki beş fraksiyanın nümayəndələri tərəfindən imzalanıb.
Cia.az