|
Azərbaycandan Rusiyaya təhvil verilən İŞİD terrorçusuna hökm oxunub
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutularaq Rusiyaya təhvil verilən İŞİD terrorçusuna hökm oxunub.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir. Tümen sakini Altun Məmmədov məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, Altun Məmmədov 2013-cü ilin martında Suriyaya gedib. Orada müəyyən dövrlərdə "Ceyş-əl-Mühacirin vəl-Ənsar" və İŞİD-in strukturuna daxil olan "Əbu Hənifə camaatı" terror qruplaşmalarının tərkibində Suriya hökumətinə qarşı döyüşlərdə iştirak edib. 

O, 2015-ci ilin avqust ayında Gürcüstandan Azərbaycana keçmək istərkən yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həmin ilin dekabrında ölkəsinə təhvil verilib.
cia.az