Dərinizdə yaranmış sızanaqlar üçün bütün yollara əl atmısınız, amma effektini görməmisinizsə, Aile.lent.az-ın təqdim etdiyi hamam suyundan hazırlayın. Beləcə, iltihablı sızanaq şikayətlərinizdən xilas ola biləcəksiniz.
Ərzaqlar:
50 qram təzə qurudulmuş əmənkömənci və ya 100 qram əmənkömənci çiçəyi
2 litr qaynar su
Əmənköməncini suda qaynadın və dəmlənməsini gözləyin. Dəmlənən suyu süzüb çimmək üçün doldurduğunuz suya əlavə edin. Həmin su ilə çimməklə qan dövranınız artacaq. Bununla yanaşı, sərt bir fırça ilə dərinizi incə şəkildə fırçalayın.
Cia.az
