|
Saxta ətri orijinalından necə ayırmalı? -

Ətirlərin saxta və ya orijinal olub-olmamasını aydınlaşdırmaq çox zaman çətin olur. Amma bunun da bəzi göstəriciləri var. Aile.lent.az saxta ətri tanımaq üçün sizə bir neçə ipucu verir.

 

- Orijinal ətrin qutusunun ətrafındakı şəffaf sellofan ustalıqla qablaşdırılır və bağlı olur. Qablaşdırmada problemlər varsa, saxta olma ehtimalı yüksəkdir.

 

- Orijinal ətirlərin qutuları ətir şüşəsinin zərər görməsinə mane olacaq formada və ağ kartondan olur. Boz rəngli və ya nizamsız kartonlu qutusu olanları almayın.

 

- Qızılı rəngli dairəyə diqqət edin. Aşağıda şəkildə gördüyünüz soldakı orijinal, sağdakı isə saxtadır. Orijinal ətirlərdə qara ox sağ tərəfə, qızıl rəngli ox sol tərəfə doğru baxır. Belə deyilsə, saxtadır.

 

- Məşhur markalar məhsullarında rəngləndiricidən çox istifadə etmir. Bu səbəbdən də ətirlər solğun rəngdə olur. Çox canlı və çox rəngli ətirlər böyük ehtimalla saxtadır.

 

- Orijinal ətir şüşələrinin qapaqlarındakı möhürlər simmetrik olmalıdır.

 

- Ətirlərin ardıcıl nömrələri həm şüşənin üzərində, həm də qutusunda olmalıdır.

 

- Orijinal marka ətirlərin şüşələrinin səthində hər hansı bir əyrilik görə bilməzsiniz. Şüşə  qapağı, qutusu və qabı, yəni bütün detallar düzgün şəkildə kəsilmiş və yapıştırılmış olur.