"Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi karyerasını Braziliyanın C seriyası təmsilçisi "Portuqeza"da davam etdirəcək.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 24 yaşlı müdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, B.Bertuççi 2014-cü ilin oktyabrında "Neftçi" ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.
