|
Mehdiabadda 33 yaşlı kişi özünü bıçaqladı
Abşeron rayonunda qanlı hadisə baş verib. 

Musavat.com xəbər verir ki, Mehdiabad qəsəbəsində yaşayan 33 yaşlı Fidatəy Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırlıb. Qarın nahiyyəsindən bıçaqlanan yaralıya tibbi yardım göstərilib. 
 
Xəstəxanadan hadisə barədə polisə məlumat verilib. Dindirmə zamanı Fidatəy Əhmədov özü-özünü bıçaqladığını bildirib. Onun ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra məlum olacaq.
 
Faktla əlaqadar başlanılan araşdırmalar davam edir.
Cia.az