|
Rusiyanın Kamçatka yarımadasında zəlzələ baş verib

Rusiyada 4,5 bal gücündə zəlzələ baş verib. 

 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkanlar Kamçatka yarımadasının şərq sahillərində, Kronosk körfəzinin mərkəzində qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 180 kilometr şimal-şərqdə, 41 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yaşayış məntəqələrində qeydə alınmayıb. 

Tələfat və dağıntı, həmçinin sunami təhlükəsi yoxdur.