|
AB-dən Türkiyə açıqlaması: ''Ləğv edilməyəcək'
Avropa Parlamentinin sədri Martin Şults miqrant böhranının həlli üçün Türkiyə ilə əldə olunan razılaşmanın ləğv edilməyəcəyini açıqlayıb.
 
Axar.az xəbər verir ki, alman siyasətçi Türkiyənin güvənli tərəfdaş olduğunu deyib:
 
“Türkiyə miqrantların qəbul olunmasında əksər dövlətə örnək ola biləcək davranış sərgilədi. Ankara güvənli tərəfdaşımızdır və razılaşmalar olduğu yerdən davam edəcək”.