|
Britaniya şahzadəsi pedofillikdə ittiham edildi

Britaniya şahzadəsi York hersoqu Endryu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə ittiham edilib.

CİA.Az The Guardian-a istinadən verdiyi xəbərə görə, ittihamlar yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə təqsirləndirilən maliyyəçi Ceffri Epşteyn barəsində aparılan istintaqla bağlıdır. Qeyd edək ki, şahzadə Endryu Ceffri Epşteyn ilə dost olub.

Qadının iddia edir ki, amerikalı bankir Ceffri Epşteyn onu 18 yaşı olmadan seksual qul kimi istifadə edərək siyasi əlaqələri olduğu şəxslərə satırdı. Dediyinə görə, onun satıldığı insanlar arasında şəhzadə Endryu da var imiş.

Şahzadə artıq 2011-ci ildə Epşteynin qurbanları ilə əlaqədə ittiham olunmuşdur, və o, bu əlaqələri inkar edirdi.

54 yaşlı şahzadə Endryu Britaniya kraliçası II Yelizavetanın ikinci oğludur.