|
İsveçə gedən suriyalıların 60 faizi yoxa çıxıb
Ölkəmizə gələn suriyalı miqrantların 60 faizi itkindir.
 
Axar.az xəbər verir ki, bunu İsveçin Miqrasiya üzrə katibi Mario Qattiker deyib.
 
O bildirib ki, qeydiyyat tələbi ilə bağlı quruma müraciət edən suriyalı miqrantların 60 faizi yay aylarında yoxa çıxıb: “Aralıq dənizindən istiqamət seçən qaçqınlar Avropanın miqrasiya siyasətini dəyişdirdikdən sonra şimaldan yollar axtarmağa başladılar. Miqrantlar ölkələrin apardığı siyasətə uyğun davranırlar. Biz doğrudan da fövqəladə hal yaşayırıq”. 
Cia.az