|
Yəməndə minalanmış avtomobil partladılıb, 8 nəfər ölüb, 20 nəfər yaralanıb
Yəmənin Əbyan əyalətində polis məntəqəsinin qarşısında minalanmış avtomobil partladılıb.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident əyalətin paytaxtı Zincibar şəhərində baş verib.
 
Məlumata görə, partlayış  terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə nəticəsində 8 polis əməkdaşı və hərbçi ölüb, 20-i yaralanıb. Yerli sakinlərin sözlərinə əsasən, partlayışdan sonra Zincibarda hökumət qoşunları və “Əl-Qaidə” silahlıları arasında şiddətli döyüşlər başlayıb
Cia.az