|
Satıcı ilə mübahisə etdi, “canlı bombayam” dedi
Türkiyənin Qaziantep şəhərində bayram alış-verişi edən şəxs satıcı ilə mübahisə edib, çölə çıxdıqdan sonra bilinməyən səbəbdən “canlı bombayam” deyə qışqırıb. 
 
Axar.az xəbər verir ki, bu zaman ətrafdakı onlarla insan panikaya düşərək qaçmağa başlayıb. Mübahisə edən şəxsin kamikadze olmadığı məlum olduqda vətəndaşlar onun üzərinə hücum edib. Hadisə yerinə gələn polislər sözügedən şəxsi qəzəbli kütlənin əlindən zorla xilas edib. 
 
O, əvvəlcə xəstəxanaya, sonra polis bölməsinə aparılıb.
Cia.az