Suriyanın Cerablus və Rai şəhərlərində İŞİD-ə aid 2 hədəfə 7 ədəd "Fırtına" mərmisi atılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” ilə bağlı açıqlamasında deyilib.
Açıqlamada əməliyyatın başlandığı gündən bəri 516 hədəfə 2 min 223 atış həyata keçirildiyi bildirilib.
