|
Mühacirlər Suriyaya qayıdır - Cerablusda həyat canlanır
“Fərat qalxanı” hərəkatı ilə Cerablus İŞİD-dən təmizləndikdən sonra Suriyada həyat canlanıb. 
 
Axar.az  xəbər verir ki, Qaziantepdən bölgəyə geri dönən insanlarla birlikdə Cerablusda əhalinin sayı 3 500-dən 20 min nəfərə qədər artıb. 
 
Türkiyənin “Fərat qalxanı” əməliyyatları ilə azadlığını əldə edən Cerablusda həyat yenidən canlanıb. Azad Suriya Ordusunun nəzarətindəki Cerablusda bayram alış-verişləri belə edilməyə başlayıb.