|
Obama: “Bölünməyimizə izn verməyin”
11 sentyabr terror hücumlarının qurbanları ABŞ-da təşkil edilən mərasimdə anılıb.
 
Axar.az xəbər verir ki, olayların 15-ci il dönümündə təşkil edilən mərasimə ABŞ prezidenti Barak Obama, ABŞ prezidentliyinə namizəd Hillari Klinton və Donald Tramp da qatılıb.
 
Obama Ağ Evdə bir dəqiqəlik sükutdan sonrakı çıxışında 11 sentyabr 2001 qurbanlarını heç vaxt unutmadığını deyib. O, Əl Qaidə və digər terror təşkilatlarına qarşı mübarizənin ABŞ-ın  dəyərlərinin gücləndirilməsində də önəmli olduğunu vurğulayıb.  
 
Obama Amerika xalqına müraciət edərək “Bizim bölünməyimizə izn verməyin”,- deyib.
 
Qeyd edək 11 sentyabr hadisəsində 3 minə yaxın insan həyatını itirib. 75 min nəfər terror hadisəsinin mənfi təsirləri ilə fiziki və psixoloji olaraq mübarizə aparır.