|
Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133-ə çatıb
Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
 
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 400 nəfər itkin düşmüş hesab edilir.
 
Məlumata əsasən, ölkədə yağan aramsız yağışlar səbəbindən Tumanqan çayı məcrasından çıxaraq  daşqınlar əmələ gətirib.
 
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə,  107 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.
Cia.az