|
Venger: "O, Arsenal"ın baş məşqçisi olacaq"

"Arsenal"ın baş məşqçisi Arsen Venger bu yay "Bornmut"a icarəyə göndərilən futbolçusu Cek Uilşir haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, C.Uilşir gələcəkdə London klubunun baş məşqçisi olacağını deyib:

"Nə vaxtsa o, komandanın baş məşqçisi olacaq. Uilşirdə yüksək səviyyədə futbol düşüncəsi var və o, oyunu başa düşür. Uilşir həyatını futbola həsr edib".

 Cia.az