|
Bülent Ersoyun keçmiş əri üzə çıxdı - video

Müğənni Bülent Ersoyun ikinci əri Armağan Uzun illər sonra efirdə görünüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ben bilmem, eşim bilir" yarışma proqramına indiki həyat yoldaşı ilə qatılan Armağan efirdə maraqla qarşılanıb.

Bir zamanlar "Musiqi karyeramda irəliləmək üçün Bülent Ersoyla məcburən evləndim" deyən Armağan hazırda Duyğu adlı qadınla evlidir. Duyğu efirdə necə tanış olduqlarını danışıb.



Cia.az