Son olaraq "Kara para aşk" serialında rol alan Engin Akyürek yeni mövsümdə ekranlarda olacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 10-a yaxın serialdan təklif alan aktyor "Kösəm sultan" da daxil olmaqla bütün təklifləri rədd etmişdi. Amma sonda prodüser Timur Savcıyla razılaşan Engin artıq müqaviləyə də imza atıb.
Onun tərəf müqabili isə Serenay Sarıkaya olacaq. "Medcezir"dən sonra reklamlarda görünən aktrisa hazırda ssenarini oxuyaraq son qərarını verəcək.
Cia.az
