|
Venesiya Komissiyası ilkin rəyini referenduma bir həftə qalmış təqdim edəcək

Venesiya Komissiyası sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi referenduma bir həftə qalmış hazırlayacaq və ictimaiyyətə təqdim edəcək.

Bu barədə APA-ya Venesiya Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, daha sonra ilkin rəy təsdiq üçün Venesiya Komissiyasının 14-15 oktyabr tarixlərində Venesiyada keçiriləcək plenar sessiyasına təqdim olunacaq.

Xatırladaq ki, AŞPA-nın sentyabrın 5-də keçirilən Büro iclasında Azərbaycanda keçiriləcək referenduma dair rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edilib.

Cia.az