ABŞ-ın Libertarian Partiyasından prezidentliyə namizəd Qari Conson jurnalistin suallarını cavablayarkən Suriyanın Hələb şəhərini tanımadığını deyib.
Axar.az xəbər verir ki, “Morninq Co” adlı verilişdə müxbirin “Hələbdəki miqrant böhranını necə həll edəcəyik?” sualına namizəd “Hələb nədir?” deyərək savadsızlığını ortaya qoyub.
O, belə bir şəhərin varlığından xəbərsiz olduğunu bildirib. Daha sonra isə jurnalist Suriya böhranı ilə bağlı Consona ümumi məlumat verib.
Prezidentliyə namizəd “Suriyada baş verənlərin olduqca qarışıq olduğunu düşünürəm” - deyərək düşdüyü çətin vəziyyətdən çıxmağa çalışıb.
Cia.az
