Van Təhlükəsizlik İdarəsinə bomba qoyan PKK-çı M.O. hərbi çevrilişə cəhdlə bağlı ifadə verib.
Axar.az xəbər verir ki, o, iyulun 15-də baş vermiş hərbi çevrilişdən əvvəlcədən xəbərdar olduğunu deyib.
“İyulun 15-də bizə hərbi çevriliş olacağını dedilər. Bu məlumat qərargahdan - Murad Qarailandan gəldi. Xəbəri aldıqdan sonra bütün əməliyyatları dayandırdıq. Həmin günün səhəri, yəni iyulun 16-sı hərbi çevriliş cəhdinin uğursuzluqla başa çatdığını öyrəndik. Yenə əvvəlki qaydada əməliyyatlarımıza davam etdik”, - deyə PKK terrorçusu bildirib.
Cia.az
