Fələstin Prezidenti Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahu ilə Moskvada görüşəcək.
Axar.az “Röyter”ə istinadən xəbər verir ki, liderlər görüşün Rusiya paytaxtında keçirilməsinə razılaşıb. Lakin görüş tarixi barədə açıqlama verilməyib.
Xatırladaq ki, İsrail ilə Fələstin arasındakı son müzakirələr 2014-cü ildə nəticəsiz bitmişdi. Liderlər isə sonuncu dəfə 2010-cu ilin sentybarında bir araya gəlib.
