Türkiyə ordusu Suriyanın şimalında dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. İdarənin məlumatında qoşunların Kantara, Əs-Sehid, Əl-Xumran və Taşlıquyuk yaşayış məntəqələrinə daxil olduğu bildirilir.
İŞİD terror qruplaşmasının yaraqlıları bu yaşayış məntəqələrindən çıxarılıb.
