|
Bakıda 53 yaşlı kişi 23 yaşlı qızı qaçırdı
Bakıda 23 yaşlı qızın qaçırılması ilə bağlı polisə müraciət edilib.
 
Lent.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən Fazilə Şükürova (ad və soyadlar şərtidir) 23 yaşlı qızı Aynurun qaçırıldığını bildirib. O, qızını evlənmək məqsədi ilə qaçıran şəxsin 1963-cü il təvəllüdlü olduğunu deyib.
 
Şikayətçi həmin şəxsin və qızının adını, eləcə də xarakterik əlamətlərini təqdim edib.
 
Araşdırma aparılır.
Cia.az