"Ay Yapım"ın çəkdiyi "Kara sevda" serialı Cənubi Koreyada Beynəlxalq Seul Dram Mükafatlarının təqdimetmə mərasimində iştirak edib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, münsiflər heyətinin xüsusi mükafatına layiq görülən ekran işini tədbirdə aktyor Burak Özçivit və rejissor Hilal Saral təmsil edib.
Beynəlxalq mükafatda "ən yaxşı serial" və "ən yaxşı aktrisa" kateqoriyalarında finala qalan ekran işi "Münsiflərin özəl mükafatı"nı alıb.
Qeyd edək ki, 10-cu dəfə keçirilən Seul Dram Mükafatlarında daha əvvəl "Ezel", "Medcezir", "Kara para aşk" serialları da mükafat almışdı.

cia.az
