|
Aktrisanın məsciddəki fotolarına etiraz

Məşhur müğənni-aktrisa Selena Gomez BƏƏ-yə səfər edib.

“Qafqazinfo” Hüriyyet-ə istinadən xəbər verir ki, səfər zamanı sənətçi Şeyx Zahed məscidini ziyarət edib. 22 yaşlı ulduzun məsciddə çəkilən fotoları müsəlmanlar tərəfindən birmənalı qarşılanmayıb.

Fotolarda əl-ələ, ətək qaldırmaq kimi pozaların verilməsi BƏƏ və ABŞ müsəlmanlarının etirazına səbəb olub.