Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
AzərTAc bildirir ki, Ali Məclisin sədri qonağı salamlayıb, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini bildirib. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan Ali Məclisin sədri Robert Sekutanın səfərinin əhəmiyyətini qeyd edib.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Robert Sekuta Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq səfərinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanışlıq məqsədi daşıdığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, Vasif Talıbov bu gün həmçinin Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşüb.
Cia.az
