Göyçay rayonunda intihar hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Məmmədov Qəhrəman Əhməd oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.
İki övladı olan Qəhrəman Məmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
