|
Məhkəmə keçmiş OMON-çuların işini icraata götürməkdən imtina etdi

Bu gün Qaradağ Rayon Məhkəməsində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub.

Vəkil Elçin Sadıqov virtualaz.org saytına bildirib ki, məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1996-cı ildə ömürlük azadlıqdan məhrum ediliblər. Onlar Qaradağ Rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik cəza ilə əvəz edilməsini və azadlığa buraxılmalarını istəyiblər.

Cia.az