|
ABŞ neft üçün qiymət proqnozlarını dəyişib
ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsi (EIA) neft üçün qiymət proqnozlarını dəyişib.
 
APA-nın xəbərinə görə, bu barədə EİA-nın aylıq hesabatında bildirilir. Belə ki, Brent neftinin 2016-cı il üçün orta qiyməti avqust proqnozundan yuxarı olaraq 42,54 dollar/barel olaraq müəyyən edib.  2017 il gözləntisi dəyişməz qalıb -  51,58 dollar/barel.
 
West Texas Intermediate (WTI) neftinin qiymətinin Brentdən aşağı olacağı gözlənilir- 41,92 dollar/barel. 2017-də isə, proqnozlara əsasən, WTI neftinin qiyməti 50,58 dollar/barel təşkil edəcək. 
Cia.az