|
Qvatemalada torpaq sürüşməsi olub, ölən və xəsarət alanlar var
Qvatemalanın eyni adlı paytaxtı yaxınlığında torpaq sürüşməsi baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. İtkin düşənlər var. Ərazidə bir neçə yaşayış evi tamamilə dağılıb. Xilasedicilər 30-dək ailəni təbii fəlakət zonasından təxliyə edib. 
Cia.az