|
ABŞ-ın müdafiə naziri: Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək

"Liviya ordusu tezliklə Siirti İŞİD-dən azad edəcək". 

 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter Londonda keçirdiyi mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, İŞİD hazırda şəhərin o qədər də əhəmiyyətli olmayan hissəsində mövqe tutub. 
 
"Mən onların (Liviya ordusunun – "Report") şəhəri tezliklə kiçik sayda müqavimətçilərdən azad edəcəyini gözləyirəm" – deyə nazir bildirib. O həmçinin qeyd edib ki, ABŞ şəhərin tam azad edilməsindən sonra da Liviya ordusuna yardımı dayandırmaq niyyətində deyil. 
 
Qeyd edək ki, Siirtdə terrorçulara qarşı əməliyyat bir neçə aydır davam edir.
Cia.az