|
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Modern.az-a məlumat verib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq. M. Abdullayev deyir ki, sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və sentyabr 10-11-nə kimi davam edəcək. Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassa vasitəsilə həyata keçirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi 9-10 min sərnişin yola salınırsa, bayram günlərində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişin yola salınması nəzərdə tutulub. Cia.az