|
Eriksen 2020-ci ilə kimi “Tottenhem”də
Kristian Eriksen “Tottenhem”lə müqaviləsini yeniləyib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, danimarkalı futbolçu 2020-ci ilə kimi London klubunun formasını geyəcək. Yeni sözləşməyə əsasən, Eriksenin həftəlik qazancı 70 min avro olacaq. 

Qeyd edək ki, 24 yaşlı futbolçu 2013-cü ildən “Tottenhem”də çıxış edir. 
 Cia.az