|
Valilik təkzib etdi: Helikopterlərin vurulması ilə bağlı xəbərlər əsassızdır

Türkiyənin Hakkari vilayətində terrorçular tərəfindən 3 helikopterin vurması ilə bağlı yayılan xəbərlər əsassızdır.   

 
Axar.az xəbər verir ki, bu barədə Hakkari Valiliyi məlumat yayıb. “6 sentyabr tarixində bəzi mətbuat orqanlarında terrorçular tərəfindən 3 helikopterin vurulması ilə bağlı xəbərlər yayıldı. Bu xəbərlər tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Hörmətli Baş nazirimiz Binəli Yıldırımın səfəri zamanı hər hansı problem yaşanmadı. O, təhlükəsiz şəkildə Çuxurca mahalından ayrılıb”, - açıqlamada bildirilib.   
 
Qeyd edək ki, bəzi media orqanları Çuxurcada 3 helikopterin PKK terrorçuları tərəfindən vurulduğunu iddia etmişdi.
Cia.az