|
Əcnəbilərə ƏDV-nin qaytarılması üçün elektron vergi hesab fakturasının vahid forması müəyyən edilib

Nazirlər Kabineti “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab fakturasının vahid forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. 

Qərar baş nazir Artur-Rasi-zadə tərəfindən imzalanıb. 
Qərarda bildirilir: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab fakturasının vahid forması” təsdiq edilsin.
Cia.az