|
Los-Ancelesdə qatar və yük maşını toqquşub

ABŞ-ın Kaliforniya ştatında “Metrolink” regional şirkətə məxsus qatar və yük maşını toqquşub.   

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident  Los-Anceles şəhərində baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb. Toqquşma baş verən an qatarda 200 sərnişin olub.