Fransanın Languedoc-Roussillion bölgəsindəki “French Tauromachy Center” adlı məktəbdə uşaqlara buğalarla döyüşməyin sirləri öyrədilir.
1982-ci ildə yaranan məktəbdə 1000 uşaq “təhsil alır”. Uşaqlara buğaları əsəbiləşdirməyin yolları öyrədilir.
Qılınc zərbələri ilə buğa öldürməyi öyrənən uşaqlar samandan hazırlanmış buğaların üzərində məşq edirlər. Buğa öldürmək üzrə təhsil alan 10 yaşlı Nino adlı uşaq həftədə iki dəfə buğa öldürməyi öyrənir. Dostları onu bacarığına görə Əl Nino adlandırırlar. Məktəb hər il 20 matador yetişdirir. Məzun olan uşaqlar buğa döyüşlərinə çıxaraq məharətlərini göstərirlər.
Ailələri isə uşaqlarını təhlükəyə atdıqlarını düşünmədən onlarla fəxr etdiklərini deyirlər.
