|
ABŞ təyyarələri Yəməndə 13 “Əl-Qaidə” silahlısını məhv edib
ABŞ aviasiyasının avqustun 24-dən 4-dək “Əl-Qaidə” silahlılarının Yəməndəki mövqelərinə endirdiyi zərbələr nəticəsində 13 terrorçu ölüb, 1 nəfəri yaralanıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Yaxın Şərqdəki komandanlığının açıqlamasında bildirilir. Pentaqonun xəbərinə görə, zərbələr Şabva əyalətində 24 və 30 avqust, habelə 4 sentyabr tarixlərində endirilib.
 
Əməliyyatın digər təfərrüatları açıqlanmır.   
Cia.az